Azərbaycan millisinin rəqibləri müəyyənləşdi

Futzal üzrə 19 yaşadək komandalar arasında Avropa çempionatının ilkin və əsas seçmə mərhələlərinin püşkü atılıb. SportLine.az AFFA-nın saytına istinadən xəbər verir ki, əsas mərhələdən mübarizəyə başlayacaq yığmamız ilkin mərhələnin B qrupunun qalibi ilə yanaşı Sloveniya və Niderland komandaları ilə 2-ci qrupda yer alıb.

Qrup mərhələsinin oyunları 26-31 mart tarixlərində Sloveniyada keçiriləcək.