Azərbaycan millisinin üzvü Braziliya klubunda

Futzal üzrə Azərbaycan millisinin daha bir üzvü komandasını dəyişib. SportLine.az saytının Azərbaycan Futzal Federasiyasının feysbuk səhifəsinə istinadən məlumatına görə, Fineo de Araujo yeni klubunda təqdim olunub.

Qışda Yaponiyadan Çinə yollanan və “Juahi” klubu ilə anlaşan Fineo oranı da tərk edib.

Futzalçı karyerasını vətənində davam etdirəcək. Belə ki, o, Braziliyanın “Sao Xose” klubuna transfer olunub.