Azərbaycan millisinin üzvü Hollandiyada debüt etdi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Ozan Can Kökcü "Valveyk”in heyətində ilk oyununa çıxıb. SportLine.az xəbər verir ki, Hollandiya I Divizionu çərçivəsində keçirilən görüşdə rəqib "AZ Alkmaar"ın gənclərdən ibarət komandası olub.

Qarşılaşma "Valveyk"in qələbəsi ilə yekunlaşıb - 1:0.

Ozan Can Kökcü meydana start heyətində daxil olub və 68-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, O.C.Kökçü qış fasiləsində Türkiyənin "Bursaspor” klubundan cari mövsümün sonuna qədər "Valveyk”ə icarəyə verilib. Onun yeni komandası hazırda 22 xalla 14-cü pillədə qərarlaşıb. 19 yaşlı futbolçu hazırda Türkiyənin Antalya bölgəsində toplanışda olan yığmaya dəvət alıb.