Azərbaycan millisinin üzvü Türkiyədə debüt etdi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Ozan Can Kökcünün şərəfini qoruduğu "Girəsunspor" Türkiyə I Liqasında mövsümün ilk oyununa çıxıb. SportLine.az xəbər verir ki, rəqib "Əskişəhərspor" kollektivi olub.

Qarşılaşma "Girəsunspor"un qələbəsi ilə yekunlaşıb - 3:1.

Ozan Can Kökcü 69-cu dəqiqədə meydana daxil olub və yeni klubunda debüt edib.