Qurban Qurbanov heç-heçə ilə başladı

Bu gün Azərbaycan millisi Türkiyə toplanışı çərçivəsində yoxlama matçında qüvvəsini sınayacaq. SportLine.az xəbər verir ki, rəqib Moldova millisi seçməsi olacaq. 

Qarşılaşma, həm Azərbaycan millisinin 2018-ci ildə ilk oyunu kimi, həm də Qurban Qurbanovun milli komandada baş məşqçi kimi debütü ilə əlamətdar olacaq.

"Mardan" stadionundakı görüşün start fiti Bakı vaxtı ilə saat 20:00-da səslənəcək və "CBC Sport" telekanalı ilə canlı yayımlanacaq.

Qeyd edək ki, Azərbaycan və Moldova milliləri arasında indiyədək 9 oyun keçirilib. 2 oyunda qələbə qazanan seçməmiz 3 dəfə də meydanı məyus tərk edib.


30 yanvar 2018
Yoldaşlıq görüşü

Azərbaycan - Moldova - 0:0
"Mardan" stadionu, Antalya, Türkiyə

Azərbaycan: 1.Kamran Ağayev 30.Abbas Hüseynov 5.Maksim Medvedyev 19.Rahid Əmirquliyev (K) 22.Əfran İsmayılov 20.Riçard Almeyda 2.Qara Qarayev 13.Mahir Mədətov 16.Cavid Hüseynov 15.Ruslan Abışov 4.Pavel Paşayev
 
Moldova: 1.İlie Cebanu 2.İon Jardan 4.Petru Racu 5.Posmaç Veaçeslav 7.Cojocari Andrei (K) 9.Antoniuc Alexandru 22.Rozgonine Artion 20.Pascenco Alexande 10.Dedov Alexandru 19.Mihaliov Maxim 18.Ambros Vladimir