Millimiz qələbəni əldən verdi

21 yaşadək futbolçuların Avropa Çempionatının təsnifat mərhələsi sona yaxınlaşmaqdadır. SportLine.az xəbər verir ki, bu gün bu yaş qrupunda mübarizə aparan Azərbaycan millisi də son oyununa çıxıb. Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda Norveçin qonağı olub.

Oyunda ilk qolu millimiz vursa da, qələbə hesabını qorumaq nəsib olmayıb.

16 oktyabr 2018
U-21, Avropa çempionatının təsnifat mərhələsi

Norveç (U-21) - Azərbaycan (U-21) - 1:1
QOLLAR:
Fəhmin Muradbəyli, 9/p. (0:1); Östiqard, 76 (1:1)

Hakimlər: Volen Çinkov, Deniz Sokolov, Miroslav Maksimov, Nikolay Yordanov (hamısı Bolqarıstan)
Drammen. "Maryenlist” stadionu.

Standings provided by Sofascore LiveScore