Azərbaycan-Portuqaliya görüşünün vaxtı açıqlandı

Futzal üzrə Avropa çempionatının 1/4 final mərhələsinin Portuqaliya – Azərbaycan matçının başlama saatı açıqlanıb.

Sportline.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Sloveniyanın paytaxtı Lüblyanada keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, oyun "CBC Sport” telekanalında canlı yayımlanacaq.