Azərbaycan - Qazaxıstan oyununun hakimləri açıqlandı

Futzal üzrə Azərbaycan milli komandasının Qazaxıstan yığması ilə keçirəcəyi yoldaşlıq oyununun hakimləri müəyyənləşib.

SportLine.az xəbər verir ki, qarşılaşmanı FİFA referiləri Elçin Səmədli, Yusif Nurullayev və Ramil Namazov idarə edəcəklər.

Qeyd edək ki, Sentyabrın 23-də  Bakı İdman Sarayında keçiriləcək yoldaşlıq matçı saat 16:00-da başlanacaq.