Azərbaycan - Qırğızıstan oyununun biletləri satışa çıxarılır

Azərbaycan və Qırğızıstanın futbol üzrə yığma komandaları arasında keçiriləcək yoldaşlıq matçının biletləri bu gün satışa çıxarılıb.

SportLine.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, mayın 29-da Bakı Olimpiya Stadionunda saat 20:00-da başlayacaq görüşün biletlərinin qiyməti I kateqoriya üçün 1 manatdır. VİP yerlərə nəzərdə tutulan biletlər isə 10 manata əldə etmək mümkündür.

Biletləri ASAN 1, ASAN 2, ASAN 3, ASAN 4, ASAN Sumqayıt, Heydər Əliyev Sarayının kassası, 28 Mall, Gənclik Mall, 1, 2 və 3 nömrəli köşklərdən əldə etmək olar.