Qurban Qurbanov millidə ilk qələbəsini qazandı

Bu gün Azərbaycan millisi növbəti yoxlama görüşünü keçirəcək. SportLine.az xəbər verir ki, rəqib Qırğızıstan seçməsi olacaq.

Bu, Azərbaycan millisinin baş məşqçi Qurban Qurbanov üçün dördüncü yoldaşlıq görüşü olacaq. Əvvəlki qarşılaşmalarında Türkiyənin Antalya bölgəsində Moldova ilə 0:0, Makedoniya ilə 1:1 hesablı heç-heçə edən yığma, martın 23-də BOS-da Belarusa uduzub - 0:1.

FİFA reytinqində Qırğızıstan 424 xalla 75-cidirsə, Azərbaycan 245 xalla 126-cı pillədə qərarlaşıb.

Matçı Ali Palabıyıkın rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.

Bakı Olimpiya Stadionunda oynanılacaq görüşün start fiti saat 20:00-da səslənəcək.


29 may 2018
Yoldaşlıq görüşü

Azərbaycan - Qırğızıstan - 3:0
QOLLAR:
Maksim Medvedev, 17 (1:0); Mahir Mədətov, 75 (2:0); Ürfan Abbasov, 84 (3:0)

Azərbaycan: 23. Səlahət Ağayev, 5. Maksim Medvedev (k), 15. Ruslan Abışov, 4. Pavel Paşayev, 26. Ürfan Abbasov, 2. Qara Qrayev, 8. Emin Mahmudov, 25. Cavid İmamverdiyev, 9. Namiq Ələsgərov, 7. Araz Abdullayev, 11. Ramil Şeydayev

Ehtiyat oyunçular: 12. Anar Nəzirov, 6. Bədavi Hüseynov, 10. Ruslan Qurbanov, 13. Dmitri Nazarov, 17. Rəhman Hacıyev, 18. Coşqun Diniyev, 19. Amil Yunanov, 22. Mahir Mədətov, 28. Ufuk Budak, 30. Rahil Məmmədov

Qırğızıstan: 16. Valeri Kaşuba, 3. Tamirlan Kozubayev, 5. Kursanbek Şeratov (k), 8. Aziz Sıdıkov, 10. Mirlan Murzayev, 11. Bekjan Saqınbayev, 12. Avazbek Otkeyev, 18. Kayrat Jırqalbekuulu, 20. Baxtiyar Duyşobekov, 21. Farxat Musabekov, 23. İslam Şamşiyev

Ehtiyat oyunçular: 1. Kalısbek Akimaliyev, 2. Amanbek Manıbekov, 6. Şerzot Şakirov, 7. Odiljon Abduraxmanov, 9. Alimardon Şukurov, 13. Kutman Kadırbekov, 14. Pavel Sidorenko, 15. Murolimjon Axmedov, 17. Atai Dzumaşev, 19. Roman Levçenko, 22. Mustafa Yusupov

Hakimlər: Ali Palabıyık, Serkan Olguncan, İbrahim Çağlar Uyarcan, Alper Ulusoy 
Bakı Olimpiya Stadionu