Azərbaycan seçməsi 1 gündə 4 medal qazandı

Avstriyanın Leybnits şəhərində gənc cüdoçular arasında keçirilən Açıq Avropa Kubokunun ilk günündə Azərbaycan millisi 4 medal qazanıb.

SportLine.az xəbər verir ki, Elçin İsmayılovun baş məşqçi olduğu kollektiv 1 gümüş, 3 bürünc medala sahib olub. 

55 kq çəki dərəcəsində yarışan Rövşən Əliyev Braziliya, Qazaxıstan, Ukrayna cüdoçularına qalib gələrək finalda Yaponiya təmsilçisi Daiçi Takano ilə qarşılaşıb. Güclü rəqibinə uduzan Rövşən Əliyev Avstriyada gümüş medal qazanıb. Bu çəkidə Balabəy Ağayev və Rəqşan Baxşəliyev bürünc medal əldə edib. 66 kq-da mübarizə aparan İbrahim Əliyev də bürünc medala yiyələnib. 

Qeyd edək ki, Avstriyada 39 ölkədən 580 cüdoçu yarışır. Azərbaycan beynəlxalq turnirdə 21 cüdoçu ilə təmsil olunur.

Azərbaycan Cüdo Federasiyasının məlumatı