Azərbaycan seçməsi Avstriya toplanışında

Cüdo üzrə Azərbaycan milli komandaları geniş heyətlə hazırda Avstriyadadılar. SportLine.az xəbər verir ki, cüdoçularımız Mittersill şəhərində təlim-məşq toplanışı keçirlər.

Toplanışda əsas milli komanda, qadınlar, gənclər və paralimpiya komandmız iştirak edir.

Qeyd edək ki, hər il ənənəvi baş tutan Avstriya toplanışında dünyanın ən güclü cüdo ölkələrinin milli komandaları iştirak edirlər. Dünyanın 50-ə yaxın ölkəsindən 850 cüdoçu bu il keçiriləcək Avropa və dünya çempionatlarına, beynəlxalq yarışlara hazırlaşırlar.

Avstriya toplanışında Azərbaycan millisinin tanınmış cüdoçuları ilə yanaşı olimpiya çempionları – çex Lukas Krpalek, rusiyalılar Xalmurzayev və Mudranov, kosovalı Kelmendi və digər məşhur kimano ustaları iştirak edirlər.

Cüdoçularımızın Mittersill təlim-məşq toplanışına yanvarın 18-də yekun vurulacaq.