Azərbaycan seçməsi Dünya Kubokunda finala yüksəldi

ABŞ-ın Ayova şəhərində güləş üzrə Dünya Kuboku davam edir. SportLine.az xəbər verir ki, ilk yarış günündə yığmamız Kuba və Qazaxıstanla qarşılaşıb. Müvafiq olaraq 8:2 və 9:1 hesabı ilə qələbə qazanan güləşçilərimiz final yolunda son görüşü Monqolustana qarşı keçirib. 7:3 hesablı üstünlük qazanan yığma komandamız finala yüksəlib. 

Həlledici görüşündə yığma komandamızın rəqibi ev sahibi ABŞ idmançıları olacaq.

Final görüşü Bakı vaxtı ilə gecə saat 01:00-da başlanacaq.

AZƏRBAYCAN - Monqolustan 7:3

57 kq - Əfqan Xaşalov - B.Erdenabat (MGL) 1:2
61 kq - Əhmədnəbi Qvarzatilov - Tuvşintulga Tumenbileg (MGL) 2:7
65 kq - Ağahüseyn Mustafayev - B.Batçuluun (MGL) 3:0
70 kq - Coşqun Əzimov - Qanbayar Sanjaa (MGL) 9:4
74 kq - Hacımurad Ömərov - Mandaxnaran Ganzorig (MGL) 6:10
79 kq - Cəbrayıl Həsənov - İderxu Gantulga (MGL) 12:2
86 kq - Aleksandr Qostiyev - Uytumen Orgodol (MGL) 10:3
92 kq - Aslanbek Alborov - Turtoqtox Luvsandorj (MGL) 11:0
97 kq - Roman Bəkirov - B.Ulziisaixan (MGL) 10:1
125 kq - Cəmaləddin Məhəmmədov - Zolboo Natsaqsuren (MGL) 3:2