Azərbaycan seçməsi Qran-priyə 16 cüdoçu ilə yollanır

Sentyabrın 29-da Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə Qran-pri turniri start götürəcək. SportLine.az xəbər verir ki, 3 gün davam edəcək yarışda Azərbaycan millisi də mübarizə aparacaq.

Komandamızın məşqçilər korpusu Qran-pridə 16 cüdoçuya şans verəcək. Onlar Zaqrebdə Mehman Sadıqov, Davud Məmmədsoy (hər ikisi 60 kq), İlkin Babazadə (66 kq), Rüstəm Orucov, Elvin Mustafayev (hər ikisi 73 kq), Afiq Səfərli (81 kq), Məmmədəli Mehdiyev, Tural Səfquliyev (hər ikisi 90 kq), Elxan Məmmədov, Elmar Qasımov (hər ikisi 100 kq), Uşanqi Kokauri (+100 kq), Aişə Qurbanlı, Bazarraqça Erdenebat (hər ikisi 48 kq), Nəzakət Əzizova, Buyanxişiq Purevsuren (hər ikisi 52 kq) və İçinxorlu Munxtsedevi (57 kq) sınamağa qərar veriblər.

Qeyd edək ki, yarışda ümumilikdə 51 ölkədən 336 (208 kişi, 128 qadın) cüdoçunun iştirakı gözlənilir.