Azərbaycan son oyununda da uduzdu

Kişi voleybolçuların Avropa Liqasında mübarizə aparan Azərbaycan seçməsi növbəti matçını keçirib. SportLine.az xəbər verir ki, ilk beş matçda məğlub olan Fərid Cəlalovun komandası, bu dəfə də etimadı doğrultmayıb. İsveçlə üz-üzə gələn voleybolçularımız set üzünə həsrət qalıblar.

25 iyun 2017
VOLEYBOL, Avropa Liqası
6-cı tur

Azərbaycan – İsveç - 0:3 (18:25, 16:25, 16:25)

Azərbaycan: 1. Vüqar Bayramov, 2. Tural Həsənli, 3. Cavid Süleymanov, 4. Aqil Əlizadə, 5. Vadim Kutukov, 6. Elmin Alışanov, 8. Rəsul İbrahimov, 9. Pərviz Səmədov, 10. Dmitri Obodnikov, 11. Asif Əliyev, 13. Aleksey Çervyakov, 14. İvan Kazaçkov, 18. Dmitri Baranov, 19. Kənan Allahverdiyev.