Azərbaycan Türkiyəyə aman vermədi

Bu gün Bakıda keçirilən Türk Şurası Universitet İdman Oyunları çərçivəsində keçiriləcək futzal yarışı start götürüb.

SportLine.az xəbər verir ki, Azərbaycan millisinin ilk rəqibi Türkiyə seçməsi olub.

Qarşılaşma seçməmizin qələbəsi ilə yekunlaşıb. 

Bununla da, Azərbaycan futzalçıları Türk Şurası Universitet İdman Oyunlarının qalibi olublar. Buna Qazaxıstan və Qırğızıstan millilərinin yarışa qatılmaqdan imtina etməsi səbəb olub.

07 aprel 2018
Futzal, Türk Şurası Universitet İdman Oyunları

Azərbaycan – Türkiyə - 9:2

Hakimlər: Elçin Səmədli, Yusif Nurullayev, Ramil Namazov (hamısı Azərbaycan)
Azərbaycan Texniki Universitetin idman zalı