Azərbaycan UEFA reytinqində irəlilədi

"Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsində qazandığı qələbə UEFA reytinqinə təsirsiz ötüşməyib. SportLine.az xəbər verir ki, bu qələbə ölkəmizə daha 0,250 xal qazandırıb. Bu isə Belarusu arxada qoymağa kifayət edib. 

Hazırda aktivində 16.875 xal olan Azərbaycan reytinq cədvəlində 21-cidir.

Xatırladaq ki, "Qarabağ" səfərdə "Olimpiya"nı 1:0 hesabı ilə məğlub edib.