Azərbaycanın DÇ-2018-dəki bütün potensial rəqibləri bilindi

2018-ci ildə Yaponiyada keçiriləcək qadın voleybolçular arasında Dünya çempionatının bütün iştirakçıları müəyyənləşib. SportLine.az Azərbaycan millisinin də çıxış edəcəyi Mundialın bütün iştirakçılarını diqqətinizə çatdırır:

Ev sahibi Yaponiya, Cənubi Amerikadan Braziliya, Argentina, Avropadan Rusiya, Serbiya, Türkiyə, İtaliya, Azərbaycan, Almaniya, Hollandiya, Bolqarıstan, Asiyadan Çin, Cənubi Koreya, Tailand, Qazaxıstan, Şimali və Mərkəzi Amerika, Karib Dənizi Hövzəsi ölkələrindən Kuba, Kanada, Dominikan Respublikası, Meksika, Puerto-Riko, Trinidad və Tobaqo, Afrikadan Keniya və Kamerun milliləridi.

Qeyd edək ki, yarış gələn il sentyabrın 29-da start götürəcək və oktyabrın 20-də başa çatacaq.