Azərbaycanlı futbolçu PSV-yə qarşı oynadı

Azərbaycanlı futbolçu Ziya Əzizovun şərəfini qoruduğu "Den Boş" Hollandiya II Divizionunda PSV-nin gənclərdən ibarət komandasına qarşı mübarizə aparıb. SportLine.az xəbər verir ki, görüş PSV-nin qələbəsi ilə yekunlaşıb - 2:1.

Z.Əzizov start heyətində meydana daxil olub və 90 dəqiqə mübarizə aparıb.

Qeyd edək ki, "Den Boş" 35 xalla 20 klub arasında 10-cu pillədə qərarlaşıb.