Azərbaycanlı futbolçu Rusiya Premyer Liqasında oynaya bilər

Bu gün Rusiya futbolunda keçid oyunları olacaq. Sportline.az xəbər verir ki, elitaya vəsiqə uğrunda mübarizə aparan komandalardan biri də "Yenisey"dir. Həmyerlimiz Azər Əliyevin şərəfini qoruduğu Krasnoyarsk təmsilçisi Tula "Arsenal"ı ilə ilk matçı doğma arenada keçirəcək. Baş məşqçi Andrey Tixonovun sevimli futbolçularında olan Azərin bu görüşə də start heyətində çıxacağı gözlənilir. Qeyd edək ki, 23 yaşlı yarımmüdafiəçi mövsüm boyu, əsas heyətin daimi üzvlərindən biri olub.