"Azərreyl" baş məşqçisi ilə müqavilə yenilədi

"Azərreyl" voleybol klubu baş məşqçi məsələsi ilə bağlı yekun qərar qəbul edib. SportLine.az xəbər verir ki, komanda rəhbərliyi Famil Ağayevi postunda saxlamağı qərara alıb.

Ötən il “dəmiryolçular”ı çalışdıran mütəxəssis, 2017/2018 mövsümünün sonuna kimi vəzifəsində qalacaq.

Qeyd edək ki, Ağayev ötən il bu postda Bülənt Karslıoğlunu əvəzləyib.