"Azərreyl"in potensial rəqibləri müəyyənləşdi

Qadın voleybolçular arasında “Challenge Cup" yarışında mübarizə aparacaq komandalar bəlli olub.

SportLine.az xəbər verir ki, Azərbaycan sözügedən turnirdə bir klubla təmsil olunacaq. Super Liqanın gümüş mükafatçısı - "Azərreyl" çempionluq uğrunda mübarizə aparacaq.

Bakı təmsilçisinin potensial rəqibləri arasında 13 ölkədən 17 klub var. Sabah keçiriləcək püşkatmada oktyabrın 24-də start götürəcək yarışın cütləri bilinəcək.

“Azərreyl”in potensial rəqibləri: “Amiqos-Van Pelt”, “Oostende” (hər ikisi Belçika), “Bursa BŞB” (Türkiyə), “Tarqovitse”, “Ştiinta” (hər ikisi Rumıniya), “Barsa” (İspaniya), “Dinamo” (Rusiya, Krasnodar), “Holte” (Norveç), “Linz Steq” (Avstriya), “Mladost” (Xorvatiya), OrPo, “Pölkki” (hər ikisi Finlandiya), “Valfer” (Lüksemburq), “Slaviya” (Slovakiya), “Tent” (Serbiya), “Qalina” (Lixtenşteyn), “Viteos Neuçatel Universite” (İsveçrə)