"Azəryol" növbəti qələbəni qazandı

Qadın həndbolçuların Azərbaycan çempionatında 16-cı tura yekun vurulub.

Sportline.az xəbər verir ki, son oyun günündə "Azəryol" - "Qarabağ" görüşü daha böyük maraqla gözlənilirdi. Qarşılaşma imkanları yüksək qiymətləndirilən "Azəryol" komandasının qələbəsi ilə yükunlaşıb - 30:28. Digər oyunda isə, "İdman Akademiyası" "Gənclərbirliyini" 28-26 hesabı ilə məğlub edib. Xatırladaq ki, tura Mingəçevirdə start verilmişdi.  "Kür" Olimpiya İdman Mərkəzinin arenasında keçirilən  "Nur"  -  "Azərsu" matçında qalib müəyyənləşməmişdi - 24:24.

Çempionatın 17-ci turunun görüşləri aprelin 7-də olacaq. Həmin oyun günündə, "Qarabağ" - "Azərsu" ilə,  "Gənclərbirliyi" - "Azəryol"la, "İdman Akademiyası" isə, "Nur" komandası ilə qarşılaşacaq.