"Azərsu" - "Nur" matçında gərgin mübarizə

Qadın həndbolçuların Azərbaycan çempionatı davam edir.

Sportline.az xəbər verir ki, bu gün növbəti tura “Azərsu” – “Nur” matçı ilə start verilib. ABU Arenada keçirilən qarşılaşmadan əvvəl, Respublika Narkoloji Mərkəzində baş verən yanğında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gözlənildiyi kimi gərgin və maraqlı mübarizə şəraitində keçən görüş 28-27 hesabı ilə “Azərsu” komandasının xeyrinə nəticələnib.