“Azəryol” - “Ankara Yenimahalle BSK” görüşü kosovolulara tapşırıldı

Qadın həndbolçulardan ibarət “Azəryol” klubu, Avropa Həndbol Federasiyasının Challenge Cup turnirində mübarizəyə Ankarada başlayacaq.

Sportline.az xəbər verir ki, qitə miqyaslı yarışa III mərhələdən qoşulacaq komandamızın rəqibi Türkiyənin “Ankara Yenimahalle BSK” komandasıdır.

 Noyabrın 17-si və 18-nə təyin olunan hər iki görüş Ankarada təşkil olunacaq. Türkiyə paytaxtının “THF Spor Kompleks” arenasında keçiriləcək oyunların hakimləri də artıq məlumdur. Hər iki qarşılaşmanı Şərif Xema və Yəhya Besfortdan ibarət kosovolu hakimlər briqadası idarə edəcək.

Oyunun EHF nümayəndəsi kimi isə gürcüstanlı Levan Gelaşvili fəaliyyət göstərəcək.