"Azəryol" növbəti mərhələdə

Qadın həndbolçuların “Çelenc Cup” turnirinin III raundunun oyunları keçirilib. Sportline.az  xəbər verir ki, yarışdakı təmsilçimiz “Azəryol” Lüksemburqun “Dudelanj” klubu ilə qarşılaşıb.

Səfərdə keçirilən hər 2 oyun komandamız üçün uğurlu alınıb. Rəqibini ilk oyunda 36:15 (16:6) hesabı ilə məğlub edən “Azəryol” cavab matçında da “Dudelanj”dan üstün olub – 32:16 (16:10).

Beləliklə, 2 görüşün nəticəsinə əsasən (68:31) mərhələ adlayan “Azəryol” 1/16 final mərhələsinə yüksəlib. Komandamızın növbəti rəqibi sabah müəyyənləşəcək.