"Azəryol" növbəti qələbəsini qazandı

Qadın həndbolçuların Azərbaycan çempionatında 5-ci turun daha bir oyunu keçirilib.

Sportline.az xəbər verir ki, ABU – Arenada üz-üzə gələn “Azəryol” və “Gənclər Birliyi” komandalarının görüşündə böyük hesablı qələbə qeydə alınıb.  Rəqibə heç bir şans verməyən “Azəryol” 40:13 hesabı ilə qalib gəlib. Aktivindəki xalları 6-ya çatdıran “Azəryol” ikinci pillədəki mövqeyini möhkəmləndirib. İndi onu lider “Azərsu”dan 6 xal ayırır.

Noyabrın 14-də “İdman Akademiyası”nı sınağa çəkəcək “Qarabağ” qələbə sayəsində “Azəryol”la xal fərqini aradan qaldıra bilər.