Bakı-2017: Türkiyə seçməsinin heyəti açıqlandı

Türkiyə seçməsinin Bakı-2017 İslam Həmrəylik Oyunları çərçivəsində keçiriləcək voleybol yarışları üçün heyəti müəyyənləşib. SportLine.az xəbər verir ki, "ay-ulduzlular" Bakıya əsas heyətlə gəlməyəcək. 

Türkiyə komandası yarışlar üçün 14 voleybolçuya dəvət göndərib:

Ada German, Nursevil Aydınlar (hər ikisi “Qalatasaray”), Arelya Karasoy, Melike Yılmaz, Rida Ərlaləlitəpə (hər üçü “Sarıyer Bld”), Hümay Topaloğlu, Bihter Dumanoğlu (hər ikisi “Beşiktaş”), Buse Melis Kaya, Janset Cemre (hər ikisi “Nilüfer Bld”), Gizem Mısra Aşçı (“Əczaçıbaşı”), Hande Naz Şimşək (Halkbank), Meliha İsmayıloğlu (“Fənərbaxça”), Mislina Kılıç və Su Zent (hər ikisi Bəylikdüzü Voleybol İxtisas Klubu).

Qeyd edək ki, mayın 12-22-də keçiriləcək İslamiadada Azərbaycan, Türkiyə, Kamerun, Qırğızıstan və Tacikistan mübarizə aparacaq.