Bakı İdman Sarayı onların ixtiyarındadır

Bakı İdman Sarayında sərbəst və yunan-roma güləşi üzrə böyüklər arasında növbəti Azərbaycan çempionatı sona yaxınlaşır. Sportline.az xəbər verir ki, son yarış günündə 75, 80, 85, 98 və 130 kq çəki dərəcələrində yunan-Roma güləşi üzrə 84 pəhləvan bacarığını göstərir. Çəki dərəcələri üzrə ilk 3 yeri tutan  idmançılar AGF tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif olunur, həmin güləşçilər ölkə yığma komandasının heyətinə cəlb edilir və il ərzində komandanın iştirak edəcəyi beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək imkanı əldə edir.