"Bakı" komandası rəqibə aman vermədi

Kişi həndbolçuların Azərbaycan çempionatında növbəti turun oyunları keçirilib.

Sportline.az xəbər verir ki, həftəsonu ABU Arenada təşkil olunan qarşılaşmalar favoritlərin inamlı qələbəsi ilə nəticələnib. "Bakı" RIOEUGIM-nin yetirmələrini 37-16 hesabı ilə məğlub edib.  "Məhsul" - "Təhsil" görüşündə isə, imkanları daha yüksək qiymətləndirilən "Məhsul" komandası azarkeşlərini sevindirib. Oyun 26-21 hesabı ilə başa çatıb.