Bakıya gələcək daha bir ulduzun adı müəyyənləşdi

"Formula-1" üzrə Azərbaycan Qran-prisində konsert proqramı ilə çıxış edəcək növbəti əcnəbi müğənninin adı açıqlanıb.

Sportline.az Bakı Şəhər Halqasına istinadən xəbər verir ki, bu, amerikalı müğənni Kristina Aqileradır.

Qeyd edək ki, aprelin 27-də Böyük Britaniyanın tanınmış qrupu "Jamiroquai", 29-da isə Kosovo əsilli britaniyalı müğənni Dua Lipa "Baku Crystall Hall"da səhnəyə çıxacaq.