Bakka La Liqaya qayıtdı
"Milan"ın hücumçusu Karlos Bakkanın karyerasını İspaniyada davam etdirəcəyi dəqiqləşib. SportLine.az xəbər verir ki, kolumbiyalı futbolçu "Vilyarreal" ilə razılığa gəlib.
O, yeni komandasında 9 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, 30 yaşlı forvard 2015-ci ildə "Sevilya"dan "Milan"a keçib.