Balotelli "Nitsa" ilə yolları ayırır

İtaliyalı futbolçu Mario Balotelli "Nitsa" klubu ilə vidalaşır. SportLine.az xəbər verir ki, hücumçu bu barədə şəxsi "Instagram" hesabında məlumat verib.

"Burada iki gözəl mövsüm keçirdim. Hamıya təşəkkür edirəm. Hələ qarşıda 5 oyun var", - yazan M.Balotelli mövsümün sonunda "Nitsa" ilə yolları ayıracağını bildirib.

Qeyd edək ki, M.Balotelli 2016-cı ildən "Nitsa" komandasında çıxış edir.