"Barselona" və "Bavariya" yoluna davam edir

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsi yekunlaşacaq. SportLine.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma keçiriləcək.

Azarkeşlərin diqqəti, əsasən, İspaniyaya yönələcək. Burada "Barselona" "Çelsi"ni qəbul edəcək. Londondo qollu heç-heçəyə nail olan kataloniyalılar, "Nou Kamp"da azarkeşlərə mərhələ sevinci bəxş etmək niyyətindədirlər. Bunun üçün "Barsa"ya qolsuz heç-heçə də kifayət edəcək.

Digər görüşdə isə "Bavariya" İstanbulda meydana çıxacaq. Münhendə 0:5 hesabı ilə uduzan "Beşiktaş" doğma meydanda azarkeşlərə təsəlli verməyə çalışacaq.

Hər iki matç Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.


14 mart 2018
Çempionlar Liqası
1/8 final (cavab oyunları)

"Beşiktaş" - "Bavariya" - 1:3
QOLLAR:
Tiaqo Alkantara, 18 (0:1); Gökhan Gönül, 46/a.q. (0:2); Vaqner Lav, 59 (1:2); Sandro Vaqner, 84 (1:3)
Baş hakim: Maykl Oliver
Yan xətt hakimləri: Stüart Burt, Simon Bennet
Dördüncü hakim: Li Bets
Əlavə köməkçi hakimlər: Martin Atkinson, Andre Marriner (hamısı İngiltərə)

"Barselona" - "Çelsi" - 3:0
QOLLAR:
Lionel Messi, 3 (1:0); Usman Dembele, 20 (2:0); Lionel Messi, 63 (3:0)
Baş hakim: Damir Skomina
Yan xətt hakimləri: Yure Praprotnik, Robert Vukan
Dördüncü hakim: Tomaş Klançnik
​Əlavə köməkçi hakimlər: Matey Yuq, Slavko Vinçiç (hamısı Sloveniya)