"Bavariya"dan darmadağın, Londonda bərabərlik

UEFA Çempionlar Liqasında 1/8 final həyəcanı davam edir.

SportLine.az xəbər verir ki, bu gün yarışda daha iki qarşılaşma keçiriləcək. 

Favoritlərdən "Barselona" Londonda "Çelsi" ilə qarşılaşacaq. Oyuna kataloniyalılar favorit qismində çıxacaqlar. Ancaq İngiltərə klubunun da doğma meydanda qələbə qazanmaq üçün mübarizə aparacağı dəqiqdir.

Digər görüşdə Türkiyə təmsilçisi "Beşiktaş" Münhen səfərində "Bavariya" ilə münasibətləri aydınlaşdıracaq. 

Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.


20 fevral 2018
Çempionlar Liqası
1/8 final (ilk oyunlar)

"Çelsi" - "Barselona" - 1:1
QOLLAR:
Villian, 62 (1:0); Messi, 75 (1:1)
Hakimlər: Cüneyt Çakır, Bahattin Duran, Tarik Ongün, Mustafa Eyisoy
Əlavə köməkçi hakimlər: Hüseyin Göçek, Barış Şimşek (hamısı Türkiyə)

"Bavariya" - "Beşiktaş" - 5:0
QOLLAR:
Müller, 43 (1:0); Kinsli Koman, 52 (2:0); Müller, 66 (3:0); Levandovski, 79 (4:0); Levandovski, 88 (5:0)
QIRMIZI VƏRƏQƏ: Domaqoy Vida, 16 ("Beşiktaş")
Hakimlər: Ovidiu Haçeqan, Oktavian Şovre, Sebastyan George, Radu Qinquleaç
Əlavə köməkçi hakimlər: İstvan Kovaç, Sebastyan Kolçesku (hamısı Rumıniya)