"Barselona" darmadağınla növbəti mərhələdə

İspaniya Kral Kubokunda 1/4 finalçıların yekun siyahısı müəyyənləşib. SportLine.az xəbər verir ki, son oyun günündə daha üç qarşılaşma keçirilib.

Favoritlərdən "Barselona" "Selta"ya aman verməyib. "Espanyol" səfərdə, "Sevilya" isə doğma meydanda lazımi nəticəni qazanıb.

11 yanvar 2018
Kral Kuboku
1/8 final, cavab oyunları

“Levante” - “Espanyol” 0:2
Qollar:
 Baptistao, 14, Moreno, 34
İlk oyun - 2:1

“Sevilya” - “Kadis” 2:1
Qollar:
 Ben Yedder, 31 (1:0), Korrea, 54 (2:0), Qarsiya, 86 (2:1)
İlk oyun - 2:0

“Barselona” - “Selta” 5:0
Qollar:
 Messi, 13; 15. Alba, 28, Suarez, 31, Rakitiç, 87
İlk oyun - 1:1