"Barselona" Koutinyosuz qaldı
"Barselona" klubu heyətlə bağlı problemlə üzləşib. SportLine.az "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, Filip Koutinyonun səhhəti ilə bağlı problem yaşanıb.
Yarımmüdafiəçi Çempionlar Liqasının 4-cü turunda “İnter”lə matçdan (1:1) sonra ağrılar hiss etməyə başlayıb. Müayinədən sonra brazilyalı ulduzun əzələsində yırtıq aşkarlanıb.
Bu səbəbdən, futbolçunun 2-3 həftə yaşıl meydanlardan kənar qalacağı ehtimal olunur.