"Barselona" "Qarabağ"ın məğlub olduğu arenada

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində "Çelsi"nin qonağı olacaq "Barselona" oyunun keçiriləcəyi "Stemford Bric" arenasında oyun öncəsi son məşqinə çıxıb. 

Xatırladaq ki, "zadəganlar" qrup mərhələsinin ilk turu çərçivəsində bu stadionda "Qarabağ"la qarşılaşmışdılar. Görüş "Çelsi"nin qələbəsi ilə yekunlaşmışdı - 6:0.