"Barselona"dan növbəti transfer

"Barselona" qış transfer pəncərəsində daha bir futbolçu ilə güclənib. 

SportLine.az "Marca"ya istinadən xəbər verir ki, katalonlar Yerri Minanı heyətinə qatıb. La Liqa təmsilçisi bu transferə görə kolumbiyalı müdafiəçinin məxsus olduğu "Palmeyras" klubuna 12,3 milyon avro ödəyib. Onunla 4 illik müqaviləyə qol çəkilib.

Qeyd edək ki, Yerri Mina 2016-cı ildən dəvət aldığı Kolumbiya yığmasının heyətində 9 oyun keçirib, 3 qola imza atıb.