"Barselona"nın futbolçusu "Borussiya"da

Dortmundun "Borussiya" klubu heyətini gücləndirib. SportLine.az "Marca"ya istinadən xəbər verir ki, Bundesliqa təmsilçisi "Barselona"nın hücumçusu Pako Alkaseri heyətinə cəlb edib.

24 yaşlı futbolçu 1 illik icarəyə götürülüb. İspaniyalı hücumçu yeni klubunda 9 nömrəli formanı geyinəcək.

Alkaser karyerası ərzində “Valensiya” və “Xetafe”də də çıxış edib. İspaniya yığmasının da şərəfini qoruyan futbolçu “Barselona”da 2016-cı ildən forma geyinir.