"Barselona"nın futbolçusuna İngiltərədən iki təklif

"Arsenal" və "Tottenhem" "Barselona"nın gənc futbolçusu Malkoma "elçi düşüb". SportLine.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, London təmsilçiləri 21 yaşlı futbolçunu cari mövsümün sonunda transfer etmək niyyətindədirlər.

Əsas heyətə düşməkdə çətinlik çəkən Malkomun da İngiltərəyə köçməyə razı olacağı istisna edilmir.

Qeyd edək ki, braziliyalı hücumçu mövsümün əvvəlində "Bordo"dan transfer olunub.