"Bavariya" ilk transferini reallaşdırdı
"Bavariya" ilk transferini reallaşdırıb. SportLine.az klubun saytına istinadən xəbər verir ki, Münhen klubu "Hoffenhaym"ın hücumçusu Sandro Vaqnerin keçidini həll edib.
Bu transfer "Bavariya"nı 13 milyon avro xərcə salıb.
Futbolçu ilə 2020-ci ilin yayınadək müqavilə bağlanıb.