"Bavariya"nın futbolçuları türkcə öyrənirlər

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində keçiriləcək "Bavariya" - "Beşiktaş" görüşündən öncə Münhen klubunun rəsmi YouTube kanalı maraqlı video hazırlayıb. SportLine.az xəbər verir ki, Sandro Vaqner və Sven Ulrayxın iştirakı ilə hazırlanan videoda futbolçulardan bəzi futbol terminlərinin türk dilində qarşılığı soruşulub.