"Bavariya"nın növbəti mövsüm üçün bütün biletləri satıldı

"Bavariya" klubu növbəti mövsüm üçün komandanın ev və səfər görüşlərinin biletlərinin hamısının satıldığını bildirib. SportLine.az xəbər verir ki, klub rəsmi açıqlamasında bu məlumatı verib.

Qeyd edək ki, Almaniya Bundesliqasında növbəti mövsüm avqustun 24-də start götürəcək. "Hoffenhaym"a qarşı keçiriləcək ilk oyun 75 min tamaşaçı tutumlu "Allianz Arena"da təşkil olunacaq.