Bayılda yubiley matçı keçiriləcək

Bu gün Bayıl stadionunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan yoldaşlıq oyunu keçiriləcək.

Sportline.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, saat 17:00-da başlayacaq matçda futbol veteranlarından ibarət "Təcrübə” komandası ilə futbol ictimaiyyətinin nümayəndələrindən təşkil edilən "Futbol funksionerləri” kollektivi qarşılaşacaq.

Görüşü sabiq FIFA referisi Tahir Süleymanov idarə edəcək. Onun köməkçiləri Cəmil Quliyev və Xəyalə Əzizzadə olacaq.