Bədavi Hüseynov Almaniyaya yollandı

"Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynov yenidən Almaniyaya yollanıb. SportLine.az saytının klubun tvitter səhifəsinə istinadən məlumatına görə, millimizin üzvü müalicəsini orda davam etdirir.

Zədə ucbatından çoxdandı komandadan ayrı qalan 27 yaşlı futbolçu Almaniyada müalicəsini davam etdirməklə yanaşı, fərdi şəkildə yüngül məşqlər də edir. Ağdam klubunun aparıcı oyunçusu yalnız martın ortalarında Bakıya qayıdacaq.

Yığma komandamızın martın 23-də Belarus və 27-də Makedoniya ilə keçirəcəyi yoldaşlıq görüşlərini buraxacaq Bədavi Hüseynovun apreldən yaşıl meydanlara dönməsi gözlənilir.