"Belə futbolçularla oynamaq çox asandır" - Eden Azar

"Çelsi" yüksək səviyyəli futbolçulardan təşkil olunub. Belə futbolçularla bir komandada oynamaq çox asandır". SportLine.az xəbər verir ki, bu sözləri London təmsilçisinin üzvü Eden Azar "Qarabağ"la görüşdən sonra BT Sport telekanalına müsahibəsində deyib. 

Qol vurduğu epizoddan danışan belçikalı komanda yoldaşlarının onun üçün hər şeyi etdiyini bildirib: "Pedro topu Villianı verdi, o isə mənə. Bu epizodda fərqlənməkdə çətinlik çəkmədim".

Üç gün sonra "Liverpul"la keçiriləcək görüşdən də danışan E.Azar, "Oyuna hazırıq. Uzun səfər bizi bir az yorsa da, bu gün meydanda böyük enerji sərf etmədik", - deyə fikrini tamamlayıb.