"Beşiktaş" da xal itirdi

Türkiyə Super Liqasında 4-cü tur yekunlaşıb. SportLine.az xəbər verir ki, son oyun günündə 4 qarşılaşma keçirilib.

İstanbul nəhənglərindən "Fənərbağça" və "Qalatasaray"ın məğlubiyyətinin ardından "Beşiktaş" xal itkisinə məruz qalıb. "Qara qartal" "Bursaspor"la görüşdə heç-heçə ilə kifayətlənib.

Günün digər görüşlərində bu nəticələr qeydə alınıb.

"Kasımpaşa" - "Ankaragücü" - 2:1

"Ərzurumspor" - "Başakşəhər" - 0:1

"Antalyaspor" - "Rizəspor" - 2:1

"Bursaspor" - "Beşiktaş" - 1:1

Standings provided by Sofascore LiveScore