"Beşiktaş" - "Fənərbağça" görüşünün hakimləri məlumdur

Həftəsonu böyük maraqla gözlənilən "Beşiktaş" - "Fənərbağça" matçının hakimi açıqlanıb.

Sportline.az Türkiyə Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, oyunun baş hakimi Cüneyt Çakır olacaq. Ona Bahattin Duran və Tarık Ongun köməklik edəcək. Dördüncü hakim funksiyasını Barış Şimşek yerinə yetirəcək.

Qryd edək ki, "Beşiktaş" - "Fənərbaxça" görüşü fevralın 25-də olacaq.