"Beşiktaş" məğlubiyyətlə növbəti mərhələdə

Futbol üzrə Türkiyə kubokunda 1/4 final mərhələsinin daha üç iştirakçısı müəyyənləşib. 

SportLine.az xəbər verir ki, yarışın favoritlərindən "Beşiktaş" səfərdə "Osmanlıspor"a uduzsa da, ilk oyundakı qələbə "qara qartal"ı növbəti mərhələyə daşıyıb. 

"Barselona"dan Arda Turanı transfer edən "Başakşəhər" isə mübarizəni erkən dayandırıb. İstanbul klubu "Girəsunspor"la görüşdə qələbə qazansa da, bu, 1/4 final üçün yetərli olmayıb.

17 yanvar 2018
Türkiyə kuboku
1/8 final (cavab oyunları)

“Akhisar” – “Boluspor” – 1:0
Qol:
 Seleznyov, 39
İlk oyun- 1:2

“Başakşəhər” – “Girəsunspor” – 2:1
Qollar:
 Adebayor, 13 (1:0), Demir, 25 (1:1), Attama, 77 (2:1)
İlk oyun- 1:3

“Osmanlıspor” – “Beşiktaş” – 2:1
Qollar
: Mustafa, 83Çikalleşi, 86 (1:1), 88 (2:1)
İlk oyun- 1:4